menu_book

Cəza Kitapçığı

Bütün qaydapozmalar və tətbiq edilən sanksiyalar

info

Önəmli Qeyd

Moderatorlar vəziyyətə uyğun olaraq burada qeyd olunanlardan daha az (yüngül) cəza verə bilməzlər. Lakin, zərurət yarandıqda daha üst rəhbərliyin icazəsi ilə daha uzunmüddətli və ya daha ağır tədbirlər görülə bilər. Üst səlahiyyətli şəxsin verdiyi cəzanı daha aşağı səlahiyyətli şəxs heç bir halda ləğv edə bilməz.

block

Çox Ağır Qaydapozmalar Sıfır Tolerantlıq / BİRDƏFƏLİK PERMA-BAN

Aşağıdakı qaydapozmaların bəhanəsi yoxdur; aşkarlandığı anda istifadəçi serverdən birdəfəlik kənarlaşdırılır:

1.1
Milli və Dini Dəyərlər

Şəhidlərə, Dövlətə, Dinə və ya milli mənsubiyyətə qarşı hər növ təhqir, söyüş, lağlağı və ya hörmətsizlik.

1.2
Ailəvi və Ağır Söyüşlər

Həddindən artıq, hədəfli, şəxsiyyəti alçaldan və ya birbaşa ailə üzvlərini hədəf alan ağır söyüşlər/təhqirlər.

1.3
Şəxsi Məlumatların Yayılması (Doxxing)

Digər üzvlərin ad, soyad, foto, ünvan, sosial şəbəkə hesabı və ya telefon nömrəsi kimi şəxsi məlumatlarını icazəsiz paylaşmaq.

1.4
İcazəsiz Reklam

DM (Şəxsi mesaj) daxil olmaqla, server daxilində icazəsiz hər növ sayt, server, sosial şəbəkə və ya xidmət tanıtımı.

1.5
Dələduzluq və Kibercinayətkarlıq

"Panelçilik", kiminsə hesabını ələ keçirmə hədəsi, DDOS hücumu cəhdi, saxtakarlıq linkləri və ya zərərli proqram (virus, token grabber və s.) paylaşımı.

1.6
Pedofiliya və Sapqınlıq

Pedofiliya, insest, təcavüz kimi psixi pozğunluqları normal mətndə və ya zarafat xatirinə təbliğ etmək, müdafiə etmək (Lolicon / Shotacon daxil).

1.7
Zərərli Alt Hesab (Ban Evasion)

Cəzadan yayınmaq üçün əlavə (alt) hesabla serverə daxil olmaq.

1.8
Sabotaj Cəhdləri

Serveri ələ keçirməyə çalışmaq, moderasiya heyətini və ya bot sistemlərini qəsdən sıradan çıxarmaq, icazəsiz bot əlavə etmək.

1.9
Şiddət və Terror Təbliği

Yaxın Şərq və ya digər regionlardakı terror qruplaşmalarını, radikal ekstremistləri (Nasist və s.) dəstəkləmək, şiddəti yükləmək.

1.10
İntihara Təşviq

Başqalarına özünə qəsd etməyi rəva görmək, təhrik etmək (Məsələn: "Öl", "özünü pəncərədən at" və s.).

1.11
Ağır İhlal Şəbəkəsi (Crossban)

GSG-yə bağlı digər rəsmi icmalarda yuxarıdakı qaydaları pozub ban almaq.

1.12
NSFW / NSFL Yönləndirmələri

Pornorqrafik və ya ağır şiddət ehtiva edən (LiveLeak, XXX və s.) platformalara keçid vermək.

warning

Ağır Qaydapozmalar

2.1
NSFW / NSFL Mövzular barədə Danışmaq

Cinsi və ya ağır şiddət mövzularında söhbət açmaq.

gavel Cəzası: 8 Saat Mute
2.2
Terrorizm / Siyasi Provokasiya

Terrorla bağlı (miqyasından asılı olaraq Çox Ağır qaydapozmaya keçə bilər) siyasi göndərmələr etmək.

gavel Cəzası: 3 Gün Mute
2.3
Nifrət Nitqi və Ayrı-seçkilik

İnsanları irqinə, millətinə, cinsinə və ya fiziki qüsuruna görə alçaltmaq, nifrət simvolları işlətmək.

gavel Cəzası: 5 Saat Mute
2.4
Qəsdən Alçaldıcı Davranış (Misgendering)

Kimisə israrlı və alaycı şəkildə yanlış cinsiyyətləndirmək və ya şəxsiyyətini ələ salmaq.

gavel Cəzası: 2 Saat Mute
2.5
Saxta Kimlik (Təqlid)

Digər istifadəçilərin və ya xüsusilə moderatorların adını/profilini kopyalayaraq çaşqınlıq yaratmaq.

gavel Cəzası: 24 Saat Mute
2.6
Rəhbərliyə Tabesizlik

Moderatorun verdiyi rəsmi xəbərdarlıqlara və təlimatlara bilərəkdən məhəl qoymamaq.

gavel Cəzası: 6 Saat Mute
2.7
İsrarlı Şəxsi Tanıtım

Kütləni narahat edəcək dərəcədə öz məzmunlarını (stream, video və s.) zorla qəbul etdirməyə çalışmaq.

gavel Cəzası: 2 Gün Mute
error_outline

Orta Səviyyəli Qaydapozmalar

3.1
Provokasiya və Hörmətsizlik

Söhbət mühitini gərginləşdirmək, üzvlərə qarşı yersiz rəftar etmək.

gavel Cəzası: 30 Dəqiqə Mute (Təkrarlandıqda cəza qatına qalxır)
3.2
İntihara Dolaylı İstinadlar

Psixoloji gərginlik yaradacaq şəkildə intihar mövzusuna toxunmaq.

gavel Cəzası: 2 Saat Mute
3.3
Təşkilati Sabotaj

Server daxilində keçirilən rəsmi tədbirləri, turnirləri və ya oyun daxili təşkilatları qəsdən pozmaq.

gavel Cəzası: 3 Saat Mute (Davamlı edənlər tədbirlərdən birdəfəlik uzaqlaşdırılır)
3.4
Kontekstdən Kənar Narahatedici Vizual

Söhbətin gedişatına tamamilə yad olan və estetik cəhətdən iyrənc/rahatsız edici şəkillər atmaq.

gavel Cəzası: 30 Dəqiqə Mute
3.5
Sistemdən Yayınma Cəhdi

Avtomatik moderasiya və söyüş filtrlərini hərflərin yerini dəyişərək (rəqəmlə yazmaqla və s.) aldatmağa çalışmaq.

gavel Cəzası: 30 Dəqiqə Mute
3.6
İstifadəçilərin Davamlı Narahat Edilməsi

Bir və ya bir neçə şəxsi hədəf seçərək onlara rahatlıq verməmək, söhbətdən soyutmaq.

gavel Cəzası: 1 Saat Mute
3.7
Toksiklik və Şit Zarafatlar

Lağa qoymaq, digər üzvləri kiçiltmək, yersiz kışkırtmalar etmək.

gavel Cəzası: 1 Saat Mute
3.8
Kiçik Miqyaslı Dələduzluq

Yalançı çəkilişlər, saxta oyun hesabı mübadiləsi elanları və s.

gavel Cəzası: 6 Saat Mute
notifications

Yüngül Qaydapozmalar 1-ci Dərəcə (Birbaşa cəza və ya Xəbərdarlıq)

4.1
Yanlış Kanalda Bot Əmri

Bot əmrlərini bunun üçün ayrılmayan ümumi söhbət kanallarında işlətmək.

gavel Cəzası: 10 Dəqiqə Mute
4.2
Kanal Təyinatının Pozulması

Kanallardan öz məqsədi xaricində istifadə etmək (Məsələn: Memes kanalında ciddi mübahisə etmək).

gavel Cəzası: 15 Dəqiqə Mute
4.3
Dezinformasiya Yaratmaq

Cəmiyyətdə təşviş və ya yanlış anlama yaradacaq yalan/təsdiqlənməmiş xəbərlər yaymaq.

gavel Cəzası: 30 Dəqiqə Mute
4.4
Emoji Spamı

Söhbəti oxunmaz hala gətirəcək qədər çox emoji göndərmək.

gavel Cəzası: 1 Saat Mute
4.5
Caps Lock-dan Sui-istifadə

Bütün cümləni böyük hərflərlə yazaraq qışqırıq təəssüratı yaratmaq.

gavel Cəzası: 1 Saat Mute
4.6
Yersiz Spoiler

Kino, serial və ya oyunlar haqqında xəbərdarlıq etmədən kritik məlumatları (spoiler) yazmaq.

gavel Cəzası: 15 Dəqiqə Mute
4.7
Lüzumsuz Ping (Tag)

Digər istifadəçiləri və ya rəhbərliyi səbəbsiz yerə işarələyərək narahat etmək.

gavel Cəzası: 10 Dəqiqə Mute
info

Yüngül Qaydapozmalar 2-ci Dərəcə (Təkrarlandıqda sanksiya ağırlaşır)

5.1
Rəhbərliyi Açıq Müzakirəyə Çıxarmaq

Moderator qərarlarını ümumi çatda tənqid atəşinə tutmaq və ya adminlərə qarşı kütləvi etiraz təşkil etmək.

gavel Cəzası: 30 Dəqiqə Mute
5.2
Məxfi Moderasiya Mövzuları

Ticket daxilində və ya rəhbərliklə xüsusidə danışılan məxfi məsələləri ümumi kanallara sızdırmaq.

gavel Cəzası: 30 Dəqiqə Mute
5.3
İfrat Siyasi / İdeoloji Şərhlər

Real dünya münaqişələri, müharibələr və siyasi partiyalar barədə söhbəti uzatmaq və gərginlik yaratmaq.

gavel Cəzası: 15 Dəqiqə Mute
5.4
Əlaqəsiz GIF Spamı

Mövzuya aidiyyatı olmayan vizual hərəkətli şəkilləri ard-arda göndərmək.

gavel Cəzası: 20 Dəqiqə Mute
5.5
Həssas Mövzularda Qeyri-ciddi Yumor

Cəmiyyəti sarsıdan günbəgün baş verən qəzalar, faciələr barədə şit zarafatlar etmək.

gavel Cəzası: 10 Dəqiqə Mute
5.6
İntriqa Qızışdırmaq

Sönmüş mübahisələri yenidən alovlandırmaq, insanlar arasında nifaq salmaq.

gavel Cəzası: 30 Dəqiqə Mute
5.7
Forum və Kanalları Kötüye Kullanmak

Mövzuları qəsdən qarışdırmaq, strukturu korlamaq.

gavel Cəzası: 30 Dəqiqə Mute
5.8
Spam Etmək

Eyni və ya oxşar mesajları qısa müddətdə dönə-dönə yazmaq.

gavel Cəzası: 20 Dəqiqə Mute
5.9
Qaydaları Pozmağa Təhrik

Digər gənc istifadəçilərə "bunu elə, bir şey olmayacaq" deyərək qayda pozuntusuna sövq etmək.

gavel Cəzası: 30 Dəqiqə Mute
5.10
Korporativ / Daxili Sənədləri Tələb Etmək

Serverin daxili texniki dökümanlarını, fəaliyyət büdcəsini, qəbzlərini və ya hesabat sənədlərini israrla istəmək.

gavel Cəzası: 10 Dəqiqə Mute + Rəsmi Xəbərdarlıq
5.11
Kontekstdən Çıxarılmış Mesaj Paylaşımı

Başqa bir üzvün köhnə və ya fərqli kontekstdə yazdığı mesajını kopyalayıb onu pis vəziyyətdə qoyacaq şəkildə paylaşmaq.

gavel Cəzası: 10 Dəqiqə Mute
admin_panel_settings

Rəhbərliyin Qeydi

6.1
İdarəetmə Səlahiyyəti

Moderatorlar tam idarəetmə və qərarvermə səlahiyyətinə malikdirlər. Qaydaların hərfi-hərfinə təfsiri sui-istifadə edilə bilməz; rəhbərliyin intuisiyası və ədalət prinsipi əsasdır.

6.2
Cəzaların Ləğvi

Tətbiq edilən cəza qərarları moderatorun özü tərəfindən dərhal ləğv edilə bilməz. Cəza yalnız müvafiq yuxarı instansiya (Üst Rəhbərlik) tərəfindən iş araşdırıldıqdan sonra, əsaslandırılmış səbəblə qaldırıla bilər.

6.3
Ədalətli Olun

Hər hansı bir hadisə zamanı dərhal cəza düyməsinə basmaq əvəzinə, hadisənin miqyasını araşdırın. Xırda və qeyri-kasıtlı hallarda istifadəçini birbaşa cəzalandırmaqdansa, əvvəlcə rəsmi xəbərdarlıq (warn) edin. Digər hallarda isə yuxarıdakı cəza müddətlərini qətiyyətlə tətbiq edin.