gavel

Server Qaydaları

Serverimizin əsas qaydaları və davranış kodeksi

gavel

1. Hüquqi Məsələlər və Məxfilik

1.1
Qanunvericilik

Serverdə Azərbaycan Respublikasının qanunvericiliyi əsas götürülür. Dövlət əleyhinə çağırışlar, siyasi provokasiyalar, milli-mənəvi dəyərlərin, dinin və inancların təhqiri qəti qadağandır.

1.2
Kibercinayət və Təhlükəsizlik

Şəxsi məlumatların oğurlanması (phishing), hesablara qanunsuz giriş cəhdləri, dələduzluq, fırıldaqçılıq, sahte tirajlar/çəkilişlər və ya şübhəli/zərərli linklərin paylaşılması dərhal birdəfəlik uzaqlaşdırma (ban) səbəbidir.

1.3
Şantaj, Təhdid və Doxxing

Hər hansı bir istifadəçini şəxsi məlumatları, gizli qeydləri və ya fotoları ilə şantaj etmək, hədə-qorxu gəlmək və ya icazəsiz şəkildə başqasının şəxsi məlumatlarını yaymaq (doxxing) sıfır toleransla cəzalandırılır.

1.4
Qanunsuz Maddələr

Narkotik vasitələrin, psixotrop maddələrin, silah və partlayıcı materialların təbliği, satışı, paylaşılması və ya istifadəsinə təşviq edilməsi qəti qadağandır.

1.5
Məsuliyyətdən İmtina

İstifadəçilər server daxilində paylaşdıqları hər bir məzmuna, mesaja və media faylına görə fərdi şəkildə özləri məsuliyyət daşıyırlar. Rəhbərlik istifadəçilərin öz aralarındakı şəxsi mesajlaşmalardan (DM) birbaşa məsuliyyət daşımır.

forum

2. Server Daxili Nizam-İntizam Qaydaları

2.1
Ünsiyyət və Davranış

Server daxilində söyüş söymək, təhqir, irqçilik, cinsiyyətçilik və şəxsi hücumlar yasaqdır. Yumor və zarafat sərbəstdir, lakin qarşı tərəfi aşağılamaq, lağa qoymaq və ya qadın istifadəçiləri narahat etmək dərhal cəza səbəbidir.

2.2
Kanalların Təyinatı

Bütün mətn və səs kanalları öz məqsədinə və adına uyğun şəkildə istifadə edilməlidir.

2.3
Mesaj və Media Spamı

Kanallarda emoji, GIF, böyük hərflər (caps lock) və mətn spamlarını şişirtmək, söhbət axınını pozmaq qadağandır. Öz kontentini, yaradıcılığını və ya fikirlərini israrla diktə etmək (təkidli tanıtım) olmaz.

2.4
Səsli Kanallar

İctimai (public) səsli kanallarda söyüş və təhqirdən istifadə etmək qəti qadağandır. Nəzərə alın ki, bu kanallara istənilən üzv istədiyi vaxt daxil ola bilər.

2.5
Sabotaj və Manipulyasiya

Server daxilində keçirilən tədbirləri, yarışları, turnirləri və ya otaqlardakı ümumi mühiti trollamaq (sabotaj etmək) qadağandır. Botları, iqtisadiyyat otaqlarını və ya level sistemini qanunsuz yollarla manipulyasiya etmək cəza səbəbidir.

2.6
NSFW və Həssas Məzmun

+18 vizual, video, mətn və ya cinsi imalar birmənalı olaraq yasaqdır. Pedofiliya, ensest və təcavüz mövzularında edilən zarafatlar və ya paylaşımlar birbaşa və geri dönüşü olmayan ban ilə nəticələnir.

2.7
Reklam və Şəxsi Mesaj (DM) İhlalları

Server daxilində və ya üzvlərin şəxsi mesajlarına (DM) icazəsiz reklam, tanıtım, dəvət linki və ya kütləvi spam göndərmək qəti qadağandır.

admin_panel_settings

3. Moderasiya, Səlahiyyət və Cəza Sistemi

3.1
Moderator Təlimatları

Moderasiya komandasının verdiyi təlimatlara və xəbərdarlıqlara əməl olunması məcburidir. Moderatorlar qaydaları şərh etmək və tətbiq etmək mövzusunda tam inisiyatif və səlahiyyət sahibidirlər.

3.2
İnzibati Məxfilik

Moderasiya və idarəetmə ilə bağlı gizli mövzular, daxili müzakirələr hər kəsə açıq şəkildə danışıla bilməz. Başqa bir idarəçini və ya moderatoru təqlid etmək yasaqdır.

3.3
Açıq Müzakirə və Drama Yasağı

Moderator qərarlarını ümumi söhbət otaqlarında hədəf almaq, açıq şəkildə mübahisəyə açmaq, tənqid etmək və ya bu səbəbdən drama yaratmaq əlavə cəza səbəbidir.

3.4
Cəzaların Tətbiqi

Qayda pozuntularına görə tətbiq olunan cəzalar (xəbərdarlıq, mute və ya qalıcı ban) hadisənin miqyasına, təkrarına və istifadəçinin niyyətinə əsasən müəyyən edilir. Kiçik qayda pozuntularında ilkin addım xəbərdarlıqdır; təkrar olunan və ya qəsdən edilən hallarda isə cəza müddəti artırılır.

3.5
Etiraz Proseduru

Verilən cəzalar moderatorlar tərəfindən kefi şəkildə qaldırıla bilməz. Cəza etiraz yalnız rəhbərlik tərəfindən müəyyən olunmuş xüsusi kanallar və ya birbaşa baş yetkililər üzərindən reallaşdırılmalıdır.

3.6
Yazılmamış Qaydalar

Qaydaların mətndə açıq şəkildə qeyd olunmadığı, lakin server mühitini, nizamını və hüzurunu açıqca pozan digər mənfi davranışlar da rəhbərlik tərəfindən cəzalandırıla bilər. "Bu, qaydalarda yazılmamışdı" bəhanəsi və müdafiəsi keçərli qəbul edilmir.

3.7
Qaydaların Yenilənməsi

Rəhbərlik ehtiyac yarandıqda qaydaları yeniləmək, dəyişdirmək və ya genişləndirmək hüququnu özündə saxlayır. Yenilənən qaydalar elan olunduğu andan etibarən qüvvəyə minmiş sayılır. Serverdə qalmağa və fəaliyyət göstərməyə davam edən hər bir istifadəçi cari qaydaların tamamını qəbul etmiş sayılır.